Suriyalı yaralılar Türkilyәyә gәtirilib

Türkiyә Suriyalı yaralılara yardım etmәkdә davam edir.

61692
Suriyalı yaralılar Türkilyәyә gәtirilib

Suriyadakı qarşıdurmalarda yaralanan 34 Suriyalı Türkiyəyə gətirilib. Bölgәdәki xәstәxanalarda yerlәşdirilәn yaralılardan 2-si bütün tibbi müdaxiləyə baxmayaraq hәyatını itirib.

Әldә edilәn mәlumata görә, Əsəd rejiminə sadiq qüvvәlәr, bir müddətdir müxaliflərin nәzarәtindә olan Keseb qəsəbəsinə hücumlarını sıxlaşdırıb.

Qarşıdurma səsləri Türkiyәnin Hatay vilayәtinin Yayladağı rayonundan belә eşidilir vә bölgədən tüstü yüksəldiyi müşahidә olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr