Zelenski Rusiya ilə müharibədə həlak olan ukraynalı hərbçilərin sayını açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Rusiya ilə müharibə zamanı 31 min əsgər itirdiyini açıqlayıb.

2107350
Zelenski Rusiya ilə müharibədə həlak olan ukraynalı hərbçilərin sayını açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Rusiya ilə müharibə zamanı 31 min əsgər itirdiyini açıqlayıb.

Zelenski Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Ukrayna: İl 2024" forumunda keçirilən mətbuat konfransında etdiyi çıxışda deyib:

'Bu müharibədə 31 min Ukrayna əsgəri həyatını itirdi. Bu rəqəm Putin və onun dairəsində olan yalançıların dediyi kimi 300 min və ya 150 min deyil. Amma hər bir itki bizim üçün böyük itkidir. Rusiya tərəfində isə 180 min insan həlak oldu.

Yaralı yaxud  özlərindən xəbər tutula bilməyən əsgərlər barədə məlumat verilməyəcək.  İlhaq edilmiş Ukrayna ərazisində həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Qələbənin ən qısa zamanda əldə edilməsi üçün Ukrayna Silahlı Qüvvələri strategiyası gizli saxlanılacaq".

Ukrayna lideri onu da əlavə edib ki, Ukraynanın əks-hücum planları hücumdan əvvəl Moskvaya məlum idi. Açığını deyim ki, bizim ötən ilin payızındakı əks-hücum başlamazdan əvvəl Kreml masasında idi.



Әlaqәli Xәbәrlәr