İsrail Dəməşqə hava hücumu təşkil etdi

İsrailin Suriyanın paytaxtı Dəməşqdə yerləşən  Mezze hava limanı yaxınlığındakı hərbi məntəqəyə hava hücumu təşkil etdiyi irəli sürülüb.

2134886
İsrail Dəməşqə hava hücumu təşkil etdi

İsrailin Suriyanın paytaxtı Dəməşqdə yerləşən  Mezze hava limanı yaxınlığındakı hərbi məntəqəyə hava hücumu təşkil etdiyi irəli sürülüb.
Suriya rəhbərliyinə yaxınlığı ilə bilinən sosial media hesabları İsrail döyüş təyyarələrinin yerli vaxtla saat 22.50 radələrində Mezze hava limanı yaxınlığındakı hərbi məntəqəyə hücum etdiyini irəli sürüb.
Hücumla bağlı İsrail və Suriya rəhbərliyi tərəfindən indiyədək heç bir açıqlama verilməyib.
İsrail 2011-ci ildən bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.


Etiketlәr: #hücum , #Suriya , #İsrail

Әlaqәli Xәbәrlәr