Venesuela İlә Fәlәstin arasında әmәkdaşlıq

Venesuelanın dövlət başçısı Nicolas Maduro ilә Fələstin lideri Mahmud Abbas arasında əhəmiyyətli razılaşma imzalanıb.

69723
Venesuela İlә Fәlәstin arasında әmәkdaşlıq

Venesuelanın dövlət başçısı Nicolas Maduro ilә Fələstin lideri Mahmud Abbas arasında əhəmiyyətli razılaşma imzalanıb. Sazişә әsasәn, Venesuela Fələstinə 240 min barrel xam dizel ixrac edәcәk. İsrailin işğalı səbəbi ilə enerji sıxıntısı çәkәn Fәlәstinin lideri Abbas razılaşmanı yüksәk qiymәtlәndirdiyini, bununla İsrailin Fәlәstin iqtisadiyyatında monopoliyasının sona çatdığını vә fələstinlilərin mübarizəsinə dəstək verildiyini vurğulayıb. Mahmud Abbas bunun üçün Venesuela rәhbәrliyinә minnәtdarlığını bildirib. Xatırladaq ki, Həmas və Fələstin Qurtuluş Təşkilatının birləşmə qərarından sonra İsrail sülh danışıqlarını dayandırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr