Volodimir Zelenski: ''Rusiya yeni hücumlara hazırlaşır''

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun yeni hücumlara hazırlaşdığını qeyd edib.

2133495
Volodimir Zelenski: ''Rusiya yeni hücumlara hazırlaşır''

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun yeni hücumlara hazırlaşdığını qeyd edib.
Volodimir Zelenski danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə səfər edən  NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Volodimir Zelenski başda ABŞ olmaqla tərəfdaşlarından silah tədarükü gözlədiklərini söylədi.
Rusiya ordusunun bu vəziyyətdən faydalandığını vurğulayan Volodimir Zelenski deyib: “Bu səbəbdən sürətli şəkildə tədarükün həyata keçirilməsi cəbhə xəttində sabitliyin təmin edilməsinə töhfə verəcək''.
Ukrayna ordusuna vaxtında dəstək verilməsi mövzusunda müsbət bir şey görmədiyini bildirən Volodimir Zelenski bu prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

İyul ayında  Vaşinqtonda keçiriləcək NATO sammitinə toxunan Volodimir Zelenski deyib: "Bu sammit ittifaq üçün güc anı ola bilər, olmaya da bilər. Alyansın düşməninin NATO-nun güclənməsinə veto qoyub-qoyamayacağına orada qərar veriləcək. Bu qərar Ukrayna ilə bağlı qəbul olunacaq. Ukrayna NATO-ya üzv olmağa layiqdir''.
Stoltenberqin Ukraynanın müdafiəsi üçün 5 il ərzində 100 milyard avro maliyyə dəstəyi verəcək xüsusi fond yaratmaq təşəbbüsünü müzakirə etdiklərini bildirən Volodimir Zelenski NATO ölkələrinin bu təşəbbüsü həyata keçirəcək gücə malik olduğunu bildirib.
Volodimir Zelenski Ukraynanın bu fondun yaradılması ilə bağlı təfərrüatları bilməsinin vacib olduğunu vurğulayıb.


Etiketlәr: #hücum , #Rusiya , #Ukrayna

Әlaqәli Xәbәrlәr