Bu ölkədə əsgərlik yaşında olanların işləmək üçün xaricə getməsi qadağan edildi

Xatırladaq ki, fevralın 10-da elan edilən yeni “İcbari hərbi xidmət haqqında qanun”dan qaçmaq istəyən bir çox gənc işləmək üçün xaricə getməyə cəhd etdiyi üçün bu qərar verilib

2135109
Bu ölkədə əsgərlik yaşında olanların işləmək üçün xaricə getməsi qadağan edildi

 

  Myanmada əsgərlik yaşında olan kişilərin işləmək üçün xaricə getməsi qadağan edildi.

  Myanma Əmək Nazirliyinin müşaviri Nyunt Vin bildirib: “1 maydan qüvvəyə minən qərarla Myanmada hərbi xidmətə çağırış yaşında olan kişilərin iş məqsədilə xaricə getməsi qadağan edilib. Qərar 1 maydan əvvəl xaricdə iş icazəsi olanlara şamil olunmur.

  Qadağanın nə vaxt qaldırılacağı şərtlərə görə müəyyən ediləcək.

  Mayın 1-dən biz qadınlara ancaq miqrant işçi kimi xaricə getməyə icazə verə biləcəyik”.

  Xatırladaq ki, fevralın 10-da elan edilən yeni “İcbari hərbi xidmət haqqında qanun”dan qaçmaq istəyən bir çox gənc işləmək üçün xaricə getməyə cəhd etdiyi üçün bu qərar verilib. Qanuna görə, 18-35 yaş arası kişilər və 18-27 yaş arası qadınlar ən azı 2 il hərbi xidmət keçməlidir. Hər ay 5 min nəfər hərbi xidmətə qəbul ediləcək.

  Qeyd edək ki, Myanmada 2020-ci il parlament seçkilərində saxtakarlıq iddiaları irəli sürüldükdən sonra ordu 2021-ci ilin 1 fevralında hökuməti ələ keçirib. Ordu bir çox məmur və hakim partiya sədrlərini, xüsusən ölkənin faktiki başçısı və xarici işlər naziri Aunq San Suu Kyini saxlayıb, ölkədə fövqəladə vəziyyət elan edib.

  Hərbi idarəçiliyə qarşı demokratiya tərəfdarları nümayişlərdə əsgərlərin etirazçılara atəş açması nəticəsində çox sayda adam ölüb və yaralanıb.

  Üç Qardaş Alyansı adı altında bir araya gələn Myanma Milli Demokratik İttifaq Ordusu, Arakan Ordusu və Taanq Milli Qurtuluş Ordusu silahlı qrupları şimalda, 2024-cü il oktyabrın 27-də Çinə sərhədinə yaxın Şan əyalətindən Myanma ordusuna qarşı hücumlar edib.



Әlaqәli Xәbәrlәr