İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 34 662 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 34 662 nəfərə yüksəlib.

2135166

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin oktyabrın 7-dən Qəzza zolağına fasiləsiz hücumlar təşkil etdiyi bildirilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi  hücumlarda daha 26 fələstinlinin həyatını itirdiyi, 51 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 34 602-ə, yaralıların sayının isə 77 867-yə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi səbəbindən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) yaydığı bəyanatda isə bu ifadələrə yer verilib: "Qəzzada 10 mindən çox qadın öldürülüb, 19 mindən çox qadın isə yaralanıb. Hər gün 37 uşaq analarını itirir. Vəziyyət dəhşətlidir. 155 mindən çox hamilə qadının su və gigiyena materiallarına çıxışı ciddi şəkildə məhdudlaşdırılıb".

Әlaqәli Xәbәrlәr