Qətər ardıcıl ikinci dəfə kuboku öz evinə apardı

Qətərdə keçirilən Asiya Kubokunun finalında “Lusail” stadionunda ev sahibi Qətər və İordaniya milliləri qarşılaşıb

2100699
Qətər ardıcıl ikinci dəfə kuboku öz evinə apardı

 

  Asiya Kubokunun final matçında İordaniyanı 3-1 hesabı ilə məğlub edən Qətər ardıcıl ikinci dəfə kuboku öz evinə apardı.

  Qətərdə keçirilən Asiya Kubokunun finalında “Lusail” stadionunda ev sahibi Qətər və İordaniya milliləri qarşılaşıb.

  Qətər komandası 22-ci dəqiqədə Əkrəm Afifin vurduğu penalti qolu ilə matçın ilk yarısını 1:0 hesabı ilə tamamlayıb.

  67-ci dəqiqədə İordaniya Yazı əl-Naimatın qolu ilə hesabı 1-1-ə çatdırıb.

  Qətər 73 və 90-cı dəqiqələrdə Afiflə penaltidən daha 2 qol vuraraq matçda 3-1 hesabı ilə qalib gələrək Asiya Kubokunun qalibi olub. Bu nəticədən sonra Qətər 2019-cu ildən sonra ardıcıl ikinci dəfə kuboku qazanıb.

 



Әlaqәli Xәbәrlәr