Man şirkәtinin mәrkәzi Türkiyә
Almaniyanın Man şirkәti bütün istehsalına Türkiyәdә davam edәcәk.
70214
Yük avtomobili və avtobus istehsal edən MAN şirkəti Almaniyadakı yeganə fabrikini bağlayaraq istehsalı Türkiyədə davam etdirəcək. Şirkətdən verilən məlumata görə, firma 2015-ci ilin sonuna qədər avtobus istehsalı fəaliyyətlərini Almaniyanın Plauen şəhərindən köçürməyi qərara alıb. Şirkətin icraşı direktoru Anders Nielsen məhsuldarlığı artırmaq üçün istehsal sahəsini köçürməkdən başqa alternativ yollarının olmadığını bildirib.