VIII Türkiyə-Almaniya İqtisadiyyat Günü

Tədbirdə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Almaniyanın maliyyə naziri Kristian Lindner iştirak edəcək

2135147
VIII Türkiyə-Almaniya İqtisadiyyat Günü

 

  Mayın 4-də Almaniyanın Düsseldorf şəhərində VIII Türkiyə-Almaniya İqtisadiyyat Günü keçiriləcək. Tədbirdə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Almaniyanın maliyyə naziri Kristian Lindner iştirak edəcək.

  Türkiyə, Almaniya və digər Avropa ölkələrindən diplomat və biznesmenlərin iştirakı ilə keçiriləcək toplantıda iki ölkə arasında iqtisadi imkanlar, yaşıl enerjinin gələcəyi, süni intellekt dünyasındakı inkişaflar və iqtisadi məsələlər müzakirə olunacaq və şirkətlər arasında əməkdaşlıq görüşləri keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr