2023-cü ilin ən yaxşı mahnısı

Amerikalı müğənni Billi Ayliş "İlin mahnısı" kateqoriyasında "Qremmi" mükafatı alıb.

2097749
2023-cü ilin ən yaxşı mahnısı

Amerikalı müğənni Billi Ayliş "İlin mahnısı" kateqoriyasında "Qremmi" mükafatı alıb.

"PubWhat Was I Made For?" mahnısı 2023-cü ilin ən yaxşı mahnısı kimi tanınıb.

Aylişin bəstəsi "Barbie" filminin saundtrekində yer alıb.

Aylişdən başqa, Lana Del Reydən "A&W", Taylor Sviftdən "Anti-Qəhrəman", "Jon Bautistadan" "Butterfly", Dua Lipadan "Dance The Night" , Miley Cyrusdan "Flowers", Olivia Rodrigodan "Vampir" və SZA-dan "Kill Bill" qalibiyyətə iddialı olub.

Qeyd edək ki, sağalmaz xəstəlikdən əziyyət çəkən dünya şöhrətli müğənni Selin Dion səhhətində yaranan problemlər fonunda 3 aydan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

Ulduz Los-Ancelesdə keçirilən sayca 66-cı nüfuzlu “Qremmi” mükafat gecəsinə gəlib. 

55 yaşlı müğənni ilk dəfə 27 il əvvəl aldığı “İlin Albomu” kateqoriyasında qalibi elan etmək üçün səhnəyə çıxıb. 

Bu il mükafatı rekordlara imza atan dünya pop musiqisinin ulduzu Taylor Svift alıb. Selin Dionun səhnəyə çıxması tamaşaçılar və qonaqlar tərəfindən coşqu və gurultulu alqışlarla qarşılanıb. 

Selin səhnədən “Hamınıza təşəkkür edirəm, sizi sevirəm. Burada olmaqdan xoşbəxtəm deyəndə, həqiqətən də bunu ürəkdən deyirəm” sözlərini dilə gətirib. 

Hazırkı mükafatlandırma mərasimi sayca ardıcıl 66-cı olub. Ənənəyə görə, tədbir Los-Ancelesdə keçirilir.



Әlaqәli Xәbәrlәr