Əhməd Davudoğlu, adada sәfәrdә olub

Əhməd Davudoğlu, ötәn gün Şimali Kıbrıs Türk Respublikasında sәfәrdә olub.

69301
Əhməd Davudoğlu, adada sәfәrdә olub

Xarici işlər naziri Əhməd Davudoğlu ötәn gün Şimali Kıbrıs Türk Respublikasında sәfәrdә olub.
ABŞ vitse-prezidenti Joe Bidenin adaya ziyarәti ərəfəsində Şimali Kıbrıs Türk cümhuriyyәtinә gedәn xarici işlər naziri Davudoğlunu dövlәt başçısı Derviş Eroğlu qəbul edib.
Nazir daha sonra baş nazir Özkan Yorgancıoğlu, xarici işlər naziri Özdil Nami, ekspert Qüdrət Özәrsay və Milli Məclisdә təmsil olunan siyasi partiyaların liderlərinin iştirakı ilә keçirilən müzakirə prosesi ilә bağlı iclasa qatılıb.
Şimali Kıbrıs Türk Respublikasının prezidenti Derviş Eroğlu danışıqlardan sonra mәtbuata verdiyi açıqlamada, problemә BMT-nin müәyyәn etdiyi qaydalar çәrçivәsindә daimi həll yolu tapılmasını istәdiklәrini bildirib. 31 Martdan bəri Rum Rəhbərliyinin lideri Anastasiadis ilә bir araya gәlmәdiklәrini vә görüşməklə bağlı dәvәtlәrinә də cavab verilmәdiyini ifadә edәn Dәrvişoğlu, buna baxmayaraq hәll prosesi ilә bağlı ümidlәrinin tükәnmәdiyini, bu yolda Türkiyə ilə birgә addım ataraq Kıbrıs problemini həll etmək istәdiklәrini vurğulayıb.
Xarici işlər naziri Əhməd Davudoğlu da problemin həll ilә bağlı geniş fürsət yarandığını və bundan yararlanmağın vacibliyini qeyd edib.
Joe Bidenin adaya reallaşdıracağı ziyarətin əhəmiyyətinə diqqət çəkən Davudoğlu, səfərin müsbət addım olduğunu, beynəlxalq ictimaiyyətin digər üzvlərinin dә buna bәnzәr adımlarının problemin hәllinә töhfә verәcәyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr