“İsraillə ticarəti tamamilə dayandırdıq”, R.T.Ərdoğan

İstanbulda mətbuat nümayəndələrinə açıqlamasında R.T.Ərdoğan deyib ...

2135218
“İsraillə ticarəti tamamilə dayandırdıq”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə ticarəti tamamilə dayandırma qərarını atmaları lazım olan addım kimi qiymətləndirib.

  İstanbulda mətbuat nümayəndələrinə açıqlamasında R.T.Ərdoğan deyib: “Türkiyə İsrailə ixracı tamamilə dayandırır. İsrailin fələstinlilərə qarşı törətdiyi qırğınlar qəbuledilməzdir. İndiyədək İsrail 40-45 min fələstinlini vəhşicəsinə qətlə yetirib. Müsəlman olaraq bunu seyr etmək ağlasığmazdır. Hansı addımları atmaq lazım idisə, biz də onları atdıq.

  İsrailin baş naziri Binyamin Netanyahu qəddardır və təəssüf ki, o bu qəddarlığı uşaqlara, qadınlara və qocalara qarşı da göstərir.

  Başda ABŞ olmaqla bütün Qərb dünyası İsrailin tərəfindədir. İsrailin bombaları qarşısında məzlum Fələstin xalqı ölümə məhkum edilir. Artıq buna dözə bilmədik və addımlarımızı atdıq.

  İsrail ilə Türkiyə arasında 9,5 milyard dollarlıq ticarət dövriyyəsi var idi. Biz bu ticarət həcminin mövcud olmadığını düşünərək bu qapını bağladıq”.



Әlaqәli Xәbәrlәr