İstanbul

‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә YUNESKO-nun dünya irslәri siyahısına daxil edilәn saysız tarixi abidәyә  ev sahibliyi edәn İstanbul haqqında mәlumat verәcәyik.

1189889
İstanbul

‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә YUNESKO-nun dünya irslәri siyahısına daxil edilәn saysız tarixi abidәyә  ev sahibliyi edәn İstanbul haqqında mәlumat verәcәyik.

İstanbul Avropa vә Asiya qitәlәrini  birlәşdirәn  nadir şәhәrlәrdәndir. İstanbul coğrafi mövqeyinә görә tarix boyu çox әhәmiyyәtli yaşayış mәrkәzlәrindәn biri olub.

E.Ә. 7-ci yüzildә qurulan şәhәr  müxtәlif mәdәniyyәtlәrә ev sahibliyi edib. İstanbul tarix boyu üç böyük imperiyanın  yәni Roma, Şәrqi Roma vә Osmanlı İmperiyalarının paytaxtı olub. İstanbul şәhәri 1985-ci ildә YUNESKO-nun dünya irslәri siyahısına daxil edilib.

 

Tarixi yarımada dörd әsas bölgәdәn ibarәtdir. Bu bölgәlәr Sultan Әhmәd Tarixi Memarlıq qoruğu, Süleymaniyyә qoruğu, Zeyrek qoruğu vә İstanbul Qala Divarları qoruğudur.

Havadan vә dәnizdәn baxıldığında İstanbulun siluetinә bәzi әsәrlәr öz damğasını vurur. Topqapı Sarayı, Aya Sofya, Sultan Әhmәd mәscidi vә Aya İrini kilsәsi  bu әsәrlәrdәndir.

Fatih Sultan Mehmet İstanbulu fəth etdikdən sonra buranı Osmanlı İmperiyasının paytaxtı elan edir.

Bizans Akropolunun dini mərkəzinin yerində Sarayburnu adı ilə tanınan bölgədə 700.000 min  kvadratmetrlik sarayın inşa edilməsinə qərar verilir.

1460-1478-ci illər arasında sarayın tikintisi tamamlanaraq Fatih Sultan Mehmedin dövründə istifadəyə verilir. Fatihdən Sultan Əbdülməcidə qədər 400 il boyunca saray Osmanlı İmperiyasının inzibati, təhsil, mədəniyyət, incəsənət mərkəzi olmağa davam edir. Dolmabaxça sarayı tikidikdən sonra belə saray öz əhəmiyyətini qoruyur.

 

Cümhuriyyət qurulduqdan sonra 1924-cü ildə muzeyə çevrilən saray hazırda 80 min  kvadratmetr ərazidə öz mövcudluğunu davam etdirir. Bir-birindən gözəl parklar və xiyabanlar hündür saray divarları ilə əhatə olunub.

Sarayın Ayasofiya istiqamətindəki girişində yerləşən Bab-i Hümayun, yəni Səltənət qapısı sarayın baş girişidir. Bu qapıdan daxil olduqdan sonra qarşınıza Alay meydanı, yəni 1-ci həyət çıxır. Burada Bizans dövründən qalma Aya İrini kilsəsi və Zərbxana binaları yerləşir.

Topqapı sarayının ən mühüm bölmələrindən biri Hırkai Səadət bölməsidir. Bu bölmə Yavuz Sultan Səlimin Misirdən Xəlifə olaraq qayıtması və özü ilə Peyğəmbərimiz və yaxınlarına aid müqəddəs əmanətləri gətirməsi ilə yaradılıb. Bu bölmədə Hz.Musanın əsası, Peyğəmbərimizə və Xəlifələrə aid qılınclar mövcuddur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İlk Qurani-Kərim nümunələri də burada nümayiş etdirilir. Bunların içərisində Peyğəmbərin Veysəl Kəraniyə göndərdiyi müqəddəs köynəyi də mövdudur. Bu Bölməyə həmin o müqəddəs köynəyin adı verilib.

Qısası, bu saray 400 il boyunca Osmanlı İmperiyasında baş verən taxt-tac oyunlarına, saysız-hesabsız üsyanlara vә  dövlətin əldə etdiyi zəfərlərə şahidlik edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Türkiyənin mədəniyyət xəzinələrindәn biri kimi tarixə düşən Aya Sofya İstanbulun siluetinә öz möhürünü vuran әsәrlәrdәndir. Müqəddəs Aya Sofya müzeyi dünyanın ən mühüm mədəniyyət abidәlәrindәn biri hesab olunur. 500-cü illәrdә inşa olunan Aya Sofya  qübbәsi ilә ziyarәtçilәrinin diqqәtlәrini cәlb edir. Məbədlərin Anası kimi tanınan bu möhtəşəm abidənin əsrarəngizliyini şəhərin dörd bir yanından görmək mümkündür.

Aya İrini vә Kiçik Aya Sofya Bizans dövründә inşa edilәn vә memarlığı ilә diqqәt çәkәn kilsәlәrdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sultan Әhmәd Tarixi Memarlıq qoruğunda yerlәşәn başqa bir tarixi abidә isә Süleymaniyyә mәscididir.

Süleymaniyyә mәscidi Qanuni Sultan Süleymanın  göstәrişi ilә 16-cı әsrdә Memar Sinan tәrәfindәn  inşa olunub. Mәscid Aya Sofya kimi İstanbulun siluetinә öz damğasını vuran tarixi әsәrlәrdәn biridir. Mәscid şәhәrin dini, sosial vә mәdәni ehtiyaclarına cavab verir. Mәscidin әtrafında  xәstәxana, hamam vә  kәrvansara yerlәşir. Bu tikililәrin әksәriyyәti günümüzdә dә öz mövcudluğunu davam etdirir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YUNESKO-nun dünya irslәri siyahısına daxil edilәn Zeyrek qoruğu da bir çox tarixi abidәyә ev sahibliyi edir. Zeyrәk mәscidi vә Pantokrator monastrı bu tarixi abidәlәrdәn bәzilәridir. 12 әsrdә inşa edilәn monastır  İstanbul fәth edildikdәn sonra mәdrәsәyә çevrilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölgədәki tikililәr memarlıq üslubu ilә diqqәt çәkir. İstanbulun әn qәdim evi dә mәhs bu bölgәdә yerlәşir.

Qeyd edәk ki, Zeyrek qoruğu YUNESKO-nun qorunmaya ehtiyacı olan mәdәni irslәri siyahısına  daxil edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir- birindәn gözәl abidәlәrә ev sahibliyi edәn Qala Divarları qoruğunun inşası 4-cü yüzildә başlayıb. Tarixi Qala Divarlarının qapıları günümüzdә dә turistlәrin diqqәt mәrkәzindәdir.  Bu qapılar günümüzdә dә istifadә olunur. Qala divarları Osmanlı İmperiyası dövründә çox dәfә bәrpa olunub. Tarixi abidәnin bәzi hissәlәri yenidәn inşa olunub.

Bir-birindәn gözәl tarixi abidәlәrә ev sahibliyi edәn İstanbulu keçәn il 14 milyon turist ziyarәt edib.

 

 


Etiketlәr: #İstanbul

Әlaqәli Xәbәrlәr